Şimali Koreya yasa batıb – FOTObackend

Şimali Koreya yasa batıb - FOTO

Şimali Koreyanın keçmiş təbliğat rəhbəri Kim Ki Nam 94 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, illərdir ölkəyə rəhbərlik edən Kim ailəsini “milli fenomen”ə çevirən ad kimi tanınan Kim dünən çoxsaylı orqan çatışmazlığı nəticəsində dünyasını dəyişib.

Prezident Kim Çen In uzun illər ailəsinə xidmət etmiş keçmiş məmurun dəfn mərasimində baş əyərək son vəzifəsini yerinə yetirib. Şimali Koreya liderinin çox üzüldüyü görünüb.

Mərasimdə hərbi orkestr marşlar ifa edib.

Dövlət xəbər agentliyi KCNA Kimin “rejimə sarsılmaz inamı olan bir inqilabçı” olduğunu yazıb.

Kim Ki Nam bu vəzifəyə kommunist ölkənin qurucu lideri Kim Çen İr tərəfindən təyin edilib və uzun illər dövlət mətbuatına nəzarət edib. Kim Cənubi Koreyaya yaxınlaşmaq cəhdlərində də mühüm siyasi simalardan sayılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*