Şimali Koreya hakimiyyəti uşaqların adının bomba, silah və sadiqliyin şərəfinə dəyişdirilməsini istəyib.
KONKRET.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Şimali Koreya səlahiyyətliləri uşaqların adının bomba, silah və sadiqliyin şərəfinə dəyişdirilməsini istəyib.
Əvvəllər A Ri (Sevimli) və Su Mi (Gözəllik) adları KXDR-də istifadə olunurdu. İndi uşaqlar və böyüklər adlarını dəyişdirməlidirlər. Çünki onlar kifayət qədər “inqilabçı” deyillər və Cənubi Koreya adlarına çox bənzəyirlər.
Alternativ olaraq, səlahiyyətlilər “düzgün” adların tam siyahısını təklif ediblər. Onların arasında Çon İl (Pistolet), Çun Sim (Sadiqlik), Uy Son (Peyk) və Pik Ol (Bomba) var.
Vətəndaşlardan ilin sonuna qədər adlarını dəyişmələri tələb olunur. Əks halda, onları cərimə gözləyir.
Xuraman Etibarlı,
KONKRET.az