Şimali Koreyada yeni epidemiya AŞKARLANDIbackend

Şimali Koreyada yeni epidemiya AŞKARLANDI

Şimali Koreyanın cənub-şərqindəki Haeju şəhərində yeni epidemiya aşkarlanıb.

KONKRET.az xəbər verir ki, epidemiyanın ölçüsü və növü hələ açıqlanmasa da, Şimali Koreya lideri Kim Çen In ona nəzarət etmək üçün özəl tibb fondundan yardım edib.

Mütəxəssislər Şimali Koreyada epidemiya iddialarının adətən çirklənmiş qida və su vasitəsilə ötürülən tif, dizenteriya və ya vəba kimi xəstəliklər olduğunu qeyd edirlər.

“Şimali Koreyada qızılca və ya tif xəstəliyinə yoluxma halları nadir deyil. Düzdür, orada epidemiya var, lakin Şimali Koreya bunu Kimin öz xalqına dəyər verdiyini vurğulamaq üçün fürsət kimi istifadə edir. Şimali Koreyadakı məsələ daha çox siyasi mesaj kimidir”, – deyə Şimali Koreyanın səhiyyə sahəsindəki inkişafları araşdıran sayt direktoru Ahn Kyunq-Su bildirib.

Koronavirus başlayandan ərazisində yoluxmanın olmadığını iddia edən ölkədə aprelin sonundan xəstəlik sayında ciddi artım nəzərə çarpıb.

26 milyon əhalisi olan ölkədə aşkarlanan yoluxma hadisələrinin sayı 4,55 milyonu keçib, 73 nəfər isə epidemiya səbəbindən həyatını itirib.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*