Şimali Koreyanın aqressiv hərəkətləri Seulun  diqqətindən yayınmırbackend

Şimali Koreyanın aqressiv hərəkətləri Seulun diqqətindən yayınmır

Cənubi Koreya rəsmiləri  hesab edir ki, Şimali Koreyanın bəyanatlarına əsaslanaraq Pxenyanda pilotsuz uçuş aparatları ilə bağlı xəbərləri araşdırmaq mənasızdır.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəsmi nümayəndəsi Li Sonq Çunq brifinq zamanı bildirib. O, Cənubi Koreya ordusunun pilotsuz təyyarələrinin Pxenyan üzərində uçuş edib-etmədiyini araşdırıb-araşdırmaması ilə bağlı suala cavab olaraq -heç bir araşdırma yoxdur- deyib:

“Pxenyanda peyda olan dronları niyə araşdırmalıyıq ki, buna Şimali Koreya özü aydınlıq gətirməlidir”. Bununla belə, o, araşdırmaya ehtiyac görmədiyini Cənubi Koreyanın vəziyyəti düzgün qiymətləndirməsi ilə əlaqələndirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*