Şimali Koreyaya hücum olarsa, Rusiya hərbi yardım göstərəcəkbackend

Şimali Koreyaya hücum olarsa, Rusiya hərbi yardım göstərəcək

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşündə  Şimali Koreyanın Cənubi Koreya ilə müharibə edəcəyi təqdirdə Rusiyanın Şimali Koreyanın tərəfində vuruşacağı ilə bağlı sualı cavablandırıb.

KONKRET.az Komersant.ru-ya xəbər verir ki,  Peskov qeyd edib ki, Rusiya ilə KXDR arasında imzalanmış saziş bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində dərin əməkdaşlığı nəzərdə tutur: “Sazişdəki ifadələri dəqiqləşdirməyə ehtiyacı yoxdur, onlar kifayət qədər səlist ifadə olunub.  Əsas odur ki, saziş bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində strateji əməkdaşlığı nəzərdə tutur”.  Dmitri Peskov əlavə edib ki, bu saziş və onun prinsipləri Moskva və Pxenyanın münasibətlərinin gələcək inkişafını özündə əks etdirir.

İyunun 19-da Putinin Pxenyana səfəri zamanı Rusiya prezidenti və Şimali Koreya lideri Kim Çen In hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş layihəsi imzalayıblar.

Oktyabrın 14-də Putin müqavilənin ratifikasiya layihəsini Dövlət Dumasına təqdim edib. Sənədə əsasən, tərəflər ölkələrin birinə silahlı hücum olacağı təqdirdə dərhal hərbi yardım göstərməyi öhdələrinə götürürlər. Oktyabrın 15-nə keçən gecə Şimali Koreya hərbçiləri ölkəni Koreya Respublikası ilə birləşdirən yolları partladıblar.

Yanvar ayında Kim Çen In Cənubi Koreyanın əsas düşmən ölkə statusunu konstitusiyaya uyğun təsbit etməyi təklif edib. Bu həftə Şimali Koreya hakimiyyəti artilleriyasını döyüş hazırlığı vəziyyətində sərhəd xəttinə çəkib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*