Şimali Qafqazdakı erməni kilsələri casus yuvalarıdırbackend

Şimali Qafqazdakı erməni kilsələri casus yuvalarıdır

Müqəddəs Mehdiyev, Şimali Qafqaz üzrə ekspert

Bu kilsələr bir-biri ilə şəbəkə halında fəaliyyət göstərir. Kislovodsk şəhərindəki Müqəddəs Vardan Mamikonyan Erməni Apostol Kilsəsinin başçısı Ter Sarqis Poqosyan Azərbaycan sərhəddinədək olan bütün dindar daşnakların rəhbəridir. Bu kilsələrdə çox işlər görülür. “Böyük Ermənistan” planları cızılır, vaxtaşırı daşnak mafiozları toplanır, Azərbaycana qarşı ideoloji təxribat ssenariləri həyata keçirilir. Bəzi tədbirlərə bizə qarşı düşmən mövqedə olan separatçılar da dəvət alırlar.
Dərbənd şəhərində də ermənilər fəaldırlar. Uzun illər Dərbənd şəhər meriyası icra aparatının rəhbəri işləmiş Aleksandr Avanesov təqaüdə çıxsa da etnik azərbaycanlılara vurduğu zərbəni vurub. Bu daşnak işlədiyi dövrdə şəhər başçılarının qılığına girərək pul-para verib bir çox azərbaycanlını vəzifəsindən edib. Dərbənd erməniləri bir müddətdir ki, yeni dini icma yaradıblar. Siyahını təqdim edirəm:

1. Sergey Arustamyan(təsisçi)
2. Karen Qukasyan
3. Yelena Qriqoryan
4. Armais Danilov
5. Armen Kaqramanyan
6. Aleksandra Kirakosyan
7. Karen Kasparov
8. Anatoli Petrosov
9. Andranik Sarkisyan
10. Georgi Sarkisov
11. Karo Sarkisyan
12. Sanvel Sarkisyan
13. Yuri Mosesov
14. Yakov Yegizarov
Biz də haray çəkib deyirik ki, Dərbənd şəhərindəki Nizami Gəncəvinin barmaqlarını uzun illərdir kim qırır? H. Əliyev küçəsində onun adı yazılmış lövhəni kim sındırır? Narın qala muzey-qoruğunu kimlər ələ keçirmək istəyir?

Bu yaxınlarda Dərbənd şəhərinə səfər edən azərbaycanlı alimlər acınacaqlı vəziyyətlə üzləşiblər. Onların KİV-lərə verdiyi açıqlamada (aşağıda onların “moderator.az” saytındakı açıqlamasını dərc edirəm) deyilir ki, ayrı-ayrı vaxtlarda Dərbəndin bəzi bələdiyyə başçıları tərəfindən bu şəhərdə açıq anti-Azərbaycan siyasəti yeridilib. Sual edirəm: Bəs illərdir biz Dərbəndlə bağlı yazılar yazanda, buradakı vəziyyətin acınacaqlı olduğunu söyləyəndə niyə heç kəs səsini çıxarmırdı? Hörmətli alimlərimiz niyə demirlər ki, Dərbəndi özəlləşdirmiş rusiyalı milyarder Süleyman Kərimovun buraya təyin etdiyi indiki şəhər meri Xizri Abakarovun azərbaycanlıları görən gözü yoxdur? Mən yazmışdım ki, bu şəxs bir qrup soydaşımızı qəbul edərkən onları həbs etdirəcəyi ilə hədələyib. Nə var-nə var “Dərbənd” qəzetinin müxbiri Telman Tahirli və başqaları N. Gəncəvi adına parkda Azərbaycan Dövlət Dram Teatrının tikilməsini istəyiblər. Bir nüansa da toxunum. Dərbənd şəhər meri Xizri Abakarov bu il martın 19-da Bakıda səfərdə olub. Bakı meri onu böyük təmtəraqla qarşılayıb. Paytaxtımızda bu şəxsə lazım olan bütün hörmət və ehtiram göstərilib. Xizrinin azərbaycanlılara qarşı təhqirlərini biləndən sonra düşündüm: Görəsən, Bakıda bu marionetkanı niyə yuxarı başa keçiriblər? Dərbəndin şəhər meri kimdir ki, paytaxtımızın başçısı onu bir qəbul da etsin? Tutaq ki, dövlətlərarası münasibətlərə görə bu vacibdir. Onda niyə qarşı tərəfdən millətimizə qarşı hörmət və ehtiramı görmürük? Nə isə. Düzünü, Bakı meri Eldar Əzizov bilər… Mənə yazmaq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*