Simonyan: Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilərbackend

Simonyan: Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər

Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında dövlət başçıları formatında danışıqlar keçirilə bilər.

KONKRET.az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

“Ermənistan və Azərbaycan arasında müzakirələr davam edir və onların davam etdirilməsi barədə razılıq var. Yaxın zamanda müzakirələrin dövlət başçıları formatında, həmçinin xarici işlər nazirləri formatında davam etdiriləcəyini istisna etmirəm”, – o vurğulayıb.

A.Simonyanın sözlərinə görə, bu proseslər sülh sazişinin imzalanma vaxtını və yerini müəyyən etməyə yönəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*