Azərbaycanın son hərəkətlərinin genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara biləcəyini proqnozlaşdırmaq nankorluqdur.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Biz hər dəqiqə hücum ehtimalına hazır olmalıyıq. Ordu ilə iş, islahatlar bu məntiqlə irəliləyir. Bu hücumların olub-olmamasından asılı olmayaraq, məntiqi rəhbər tuturuq”, – deyə spiker bildirib.
İqbal Rzayev,
KONKRET.az