Ermənistan rəsmiləri hər bir imkandan maksimum yararlanmağa çalışır. Səfər etdikləri dövlətlərin rəsmi qurumlarına çatan kimi çirkin niyyətləri işə düşür. Anti-Azərbaycan kampaniyasını davam etdirir.
Dünən Ermənistan TŞ-nın katibi Armen Qriqoryanın KTMT-də Azərbaycan əlehinə səsləndirdiyi bəyanatlar geniş müzakirə edilib qurtarmamış növbə Ermənistan parlamentinin sədri Alen Simonyana çatıb.
Erməni spiker Böyük Britaniyayaya çatar-çatmaz Azərbaycanın əlehinə danışmağa başlayıb. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının parlamentində qəbul edilən Simonyan Ermənistanda yığılıb qalan yüzlərlə problemi unudaraq söhbətə Azərbaycandan başlayıb. Qriqoryan kimi Simonyan da Azərbaycanın Ermənistanla Laçın rayonu ərazisindəki sərhəd keçid məntəqəsini gündəmə gətirib.
Öz suveren ərazilərində dövlət sərhəddinə nəzarət edən müstəqil ölkənin daxili işlərini Böyük Britaniyada gündəmə gətirən Ermənistan parlamentinin sədri bölgədə sülhün bərqərar olmasını sual altına alır. Birləşmiş Krallığın parlamentində Beynəlxalq Hüququn aliliyindən danışan Alen Simonyan unudur ki, Beynəlxalq Hüquqla Azərbaycan öz suveren ərazilərinə nəzarət edir və burada qəbahət yoxdur.
Çox güman ki, Britaniya parlamentində də Simonyana bunu xatırladan olmayıb və erməni spiker özünü haqlı hesab edib.
Vəli Həsənov,
KONKRET.az