Simonyan: “Hər dəqiqə gözləyirdik ki, Qarabağa gələn hücum dayanmayacaq”backend

Simonyan: “Hər dəqiqə gözləyirdik ki, Qarabağa gələn hücum dayanmayacaq”

Ermənistana hücumun legitimliyi aradan qaldırılıb.

KONKRET.az xəbər verir ki, bunu dekabrın 4-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

“Müharibədən sonra elə bir vəziyyət yarandı ki, biz hər dəqiqə gözləyirdik ki, Qarabağa gələn hücum dayanmayacaq. 2021-ci il seçkiləri zamanı buna cəhdlər olub. Biz bunu necə dayandırdıq? Biz bunu Xarici İşlər Nazirliyimiz, parlament diplomatiyamız, AŞPA-dakı qrupumuz sayəsində dayandırdıq”, – Simonyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın əməkdaşlıq etmədiyi ölkələrlə əməkdaşlıq edib.
“Və biz bu gün həmin ölkələrlə işləyirik ki, əleyhimizə işləməsinlər”, – deyə spiker yekunlaşdırıb.

Günel Mikayılova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*