Simonyan: “İrəvanla Bakı arasında sülh sazişinə üçüncü ölkə zəmanət verməlidir”backend

Simonyan: “İrəvanla Bakı arasında sülh sazişinə üçüncü ölkə zəmanət verməlidir”

“İrəvanla Bakı arasında sülh sazişinə üçüncü ölkə zəmanət verməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O vurğulayıb: “Çox vacibdir ki, Azərbaycanla sülh sazişi imzalanandan sonra bizim təminatlarımız olsun. Danışıqların getdiyi bütün mərkəzlər qarant olmağa hazır olduqlarını bildiriblər. Başqa bir sual isə sonda nə alacağımızdır. Əldə olunmuş razılaşmalara əməl olunmasına nəzarət edəcək belə bir qarantın olması vacibdir. Məncə, bir ölkənin qarant olması daha yaxşı olardı. Bu ölkə Rusiya, Fransa, ABŞ və ya Almaniya olacaq, bax bunu bilmirəm”.

Onun sözlərinə görə, Aİ, ABŞ və Rusiya sülh sazişinin imzalanmasının qarantı olmağa hazırdır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*