Üçtərəfli Əlaqə Qrupunda (TCG) təmsil olunan Ukrayna nümayəndə heyətinin üzvü Denis Kazanskinin verdiyi məlumata görə, rusiyalı jurnalistlər Margarita Simonyan, Tiqran Keosayan və Roman Babayan Donetskdə “Rus Donbası” forumu keçirmək üçün bölgəyə gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” məlumat yayıb. Məlumatda deyilir ki, təbliğatçılar – Simonyan, Keosayan və Babayan “Rus Donbası” forumunu keçirmək üçün yanvarın 27-də Donetskə gəliblər. “DPR”-dəki mənbələr xəbər verir ki, Simonyan birbaşa Donetsk hava limanının yanındakı təmas xəttini ziyarət etdiyini iddia edib. Mənbə karyerasının əvvəlində Simonyanın hərbi komandir kimi çalışdığını və son bir neçə ildə “DPR” və “LPR” sakinlərinə rus pasportlarının verilməsi fikrini fəal şəkildə dəstəklədiyini xatırladıb.
Surxay Atakişiyev,
KONKRET.az
