Rusiyanın RT telekanalının baş redaktoru, milliyətcə erməni Marqarita Simonyan Rus estradasının əfsanəsi Alla Puqaçovanın Maksim Qalkinlə evliliyi ilə bağlı fikirlərini bölüşüb.
KONKRET.az-ın məlumatına görə, o bildirib ki, bu evlilik divanın reputasiyasına mənfi təsir edib.
“Sonuncu rəsmi nikahında bəxtinin gətirməməsi Puqaçovanın öz seçimidir. Yaxşı, onu kim məcbur edib? Onun həyatında yaraşıqlı kişilər var idi. Hətta uşaqlıqda birindən çox xoşum gəlirdi. Sergey Çelobanovu yaxşı xatırlayıram”, – deyə Simonyan əlavə edib.
Burhan,
KONKRET.az