Simonyan: “Rusiyaya dair bəyanatları təkrarlamağa hazıram”backend

Simonyan: "Rusiyaya dair bəyanatları təkrarlamağa hazıram"

Rusiya siyasəti ilə bağlı dediklərim doğrudur və onu təkrar etməyə hazıram.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiya Şurasının məktubuna cavab yollayıb.

“Məktub Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarkis Xandanyana göndərilib və o, çoxdan məktuba cavab verib. Sadəcə, həmin anda xanım Zaxarovaya bu cür reaksiya vermək yəqin ki, sərfəli idi”.

Spikerin sözlərinə görə, o, Rusiya tərəfinə nə cavab verildiyindən xəbərdardır, lakin təfərrüatları açıqlamayıb:

“Məzmunu bilirəm, amma bu barədə danışmayacağam. Bu mənim işim deyil. Verdiyim ifadələrə, dediklərimə, düzgün və yerində dediklərimə görə məsuliyyət daşıyıram. Yeni heç nə deməmişəm. Bu gün və həmişə bu barədə danışmağa hazıram”.

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko spiker Alen Simonyanın “anti-Rusiya” bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğunun hazırlanaraq göndərilməsi barədə göstəriş verib.

Yada salaq ki, Aİ ölkələrinin parlament sədrlərinin İspaniyada keçirilən konfransında A. Simonyan xüsusilə bildirmişdi ki, konfransın əsas mövzusunun Rusiyanın Ukraynaya müdaxiləsi və s. olduğunu bildirib. (Yeni Sabah)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*