Simonyan Sloveniyaya getdibackend

Simonyan Sloveniyaya getdi

Ermənistan parlamentinin sədri Alen Simonyan Sloveniya Respublikasına gedib.

KONKRET.az xəbər verir ki, spikerin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 3-6-da bu ölkədə bir sıra rəsmi görüşlər keçirəcək.

Səfər çərçivəsində Sloveniyanın yüksək vəzifəli şəxsləri, o cümlədən Sloveniya Respublikasının Prezidenti Nataşa Pirc-Musar, Sloveniyanın Xarici və Avropa İşləri naziri Tanya Fajon, Sloveniya Respublikası Milli Assambleyasının sədri Urshka Klakoçar Zupançiç və respublikanın Baş nazirinin müavini ilə ikitərəfli görüşlər nəzərdə tutulub.

Nümayəndə heyətinin tərkibində Milli Assambleyanın Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan, Ermənistan-Sloveniya Dostluq Qrupunun üzvü, Milli Assambleyanın üzvü Lena Nazaryan da daxil olmaqla 12 nəfər var.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*