“RT” telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçaka qarşı sui-qəsd hazırlanması ilə bağlı açılan cinayət işi üzrə daha bir nəfər saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Bildirilir ki, saxlanıan yeniyetmə Moskva məktəblərindən birinin onuncu sinif şagirdidir.
Nəşr bildirir ki, o, sentyabrın 14-dək istintaq təcridxanasına göndərilib. İndiyədək yeniyetmə “xuliqanlıq” maddəsi ilə iki cinayətdə ittiham olunub.
Burhan,
KONKRET.az