Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxurbackend

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

İnsanlar müxalifətdən üz döndərirlər, çünki onları yorublar.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Milli Məclisdə çıxışı zamanı deyib.

“İnsanlar söyləyirlər ki, kim olur-olsun, yalnız onlar olmasın. Siz bunu başa düşürsünüzmü? (Azərbaycanla aparılan) Danışıqlardan bəhs edirsiniz. Bəs Robert Köçəryan, Serj Sərkisyan haradadır? Artıq onları açıq dabata çağırmışıq, gəlsinlər”, – spiker bildirib.

Alen Simonyan qeyd edib ki, Robert Köçəryan və Serj Sərkisyan ancaq özlərinə uyğun şəxslərə müsahibə verirlər:

“Robert Köçəryan gəlsin, seçilmiş şəxsin (Baş nazir Nikol Paşinyanın) qarşısında otursun və Ermənistan xalqına danışsın, desin: bilirsiniz, Qarabağ məsələsində vəziyyət belə olub. O qorxur. Mən iddia edirəm ki, o, çox qorxur”.

Spiker Ermənistan müxalifətinin gələn il keçiriləcək parlament seçkilərində heç bir şansının olmadığını vurğulayıb: “Qulaq asın, ümidlərinizi kəsin, seçkilərdə uduzacaqsınız”.

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Serj Sərkisyanın Qarabağla əlaqədar Azərbaycanla apardığı danışıqların sənədlərini ilin sonunadək dərc edəcəyini açıqlayıb. Baş nazir bunun dekabrda ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsindən sonra baş verəcəyini bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*