Sinan Oğanın seçiciləri Kılıçdaroğlunu dəstəkləsə, nə baş verəcək? – İkinci turla bağlı MÜHÜM AÇIQLAMAbackend

Sinan Oğanın seçiciləri Kılıçdaroğlunu dəstəkləsə, nə baş verəcək? - İkinci turla bağlı MÜHÜM AÇIQLAMA

Ərdoğanın Sinan Oğanın şərtlərini qəbul etməməsi Türkiyə cəmiyyətində geniş müzakirələrə səbəb olub. Bir çox siyasi ekspertlər bunu Ərdoğanın özgüvəni kimi xarakterizə etsələr də, fərqli fikir səsləndirənlər də olub. Bəs görəsən, Sinan Oğanın təkliflərindən imtina etməsini Ərdoğanın ikinci turda tam qələbə qazanacağına əminliyinin göstəricisi saymaq olar? Ümumiyyətlə, AKP liderinin Sinan Oğanın səslərindən imtina etməsi seçki prosesinə necə təsir göstərəcək? 

Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ərdoğanın verdiyi açıqlama gözlənilən idi: “Çünki Türkiyə prezidenti və onun müttəfiqləri parlamentdə səs çoxluğuna nail olublar. Prezident seçkilərində isə Ərdoğan öz rəqibi olan Kılıçdaroğludan 2,5 milyon səslə öndədir. İkinci turda artıq həm Ərdoğanın öz partiyasının, həm də ittifaqda olduğu partiyaların potensialı tam şəkildə prezident seçkilərinə yönələcək. Beləliklə, AKP liderinin qələbəsi real göründüyündən Türkiyə prezidenti hansısa siyasi qüvvənin şərtlərini qəbul etmək istəmədi və seçimi türk seçicisinin öhdəsinə buraxdı. Amma Ərdoğan öz qələbəsindən əmin olduğu üçün bu addımı atır. Əgər seçiləcəyindən əmin olmasaydı, o, digər partiyalarla ittifaqa girərdi. Sinan Oğanın təklifindən imtina etməsi onu göstərir ki, Ərdoğanın bütün imkanları qələbəyə tam şərait yaradır. Bu səbəbdən də, o, şərtli formada təklif olunan dəstəyə ehtiyac duymadı”.

Oqtay Qasımov: "Azərbaycan dövlətinə qarşı təhdidlər ciddi şəkildə azalacaq"

Politoloqun sözlərinə görə, fundamental partiyaların özlərinin sabiq elektoratları mövcuddur: “Türkiyədə adətən CHP-nin səsləri 20-25 faiz arasında olur. MHP isə 10-15 faiz arasında səs toplayır. AKP-nin səsləri isə 35-40 faiz arasında müəyyən edilir. Sinan Oğanı dəstəkləyənlər isə yeni yaranan partiyalardır. Onların stabil elektoratı qeyd etdiyimiz səviyyədə deyil. Bu baxımdan Sinan Oğana səs verən 5 faizlik kütlənin onun çağırışı ilə Kılıçdaroğlunu dəstəkləyəcəyini söyləmək doğru olmaz. Bu kütlə daha sərbəstdir və müstəqil qərar vermək qabiliyyətinə malikdir. Buna görə də, Ərdoğanın Sinan Oğanın təkliflərindən imtina etməsi fonunda 5 faizlik seçici kütləsinin onu dəstəkləməyəcəyini demək olmaz. Sinan Oğanın seçiciləri Kılıçdaroğluna səs versə belə, Ərdoğanın uduzacağını düşünmürəm. Çünki AKP liderinin qalib olması üçün 0,7 faiz səs lazımdır. Bu imkanlar isə real görünür”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*