Sinif yoldaşına əzab verən tərbiyəsiz uşaq və istidən ürəyi qısılan keçmiş nazir  – Boris Consonun xatirələribackend

Sinif yoldaşına əzab verən tərbiyəsiz uşaq və istidən ürəyi qısılan keçmiş nazir - Boris Consonun xatirələri

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun “Unleashed” adlı yeni memuarı çapdan çıxıb. Conson 7 il əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün detallarını açıqlayıb. Consonun sözlərinə görə, o vaxt  Moskvada sərt qarşılanıb  və ruslar  Xarici İşlər Nazirliyini geylər üçün yuva adlandırıblar. O, Rusiya rəhbərliyi ilə  Suriyadakı vəziyyəti müzakirə edirmiş. Xatirələrində  açıq etiraf edir ki, Rusiyadan yaxşı bir gözləmirmiş və ruslara inamı çox az imiş. Conson həmin görüşlə bağlı  Lavrovu belə xarakterizə edib: “Qarşımda uca boylu, bir-birinin oduna siqaret yandıran, yarı erməni bir nəfər dayanıb. Onun  tünd, qəribə, məmnun gözləri çox sakitdir. Bu, qeyri səmimiliyi, yalanları və bəzən də hədə qorxulu bəyanatları ilə Rusiya xarici siyasətinin ən yorucu  təcəssümüdür”.

Conson həmçinin Lavrovu  28 il SSRİ Xarici İşlər Nazirliyinə rəhbərlik edən, Tehran, Yalta və Potsdam konfranslarını hazırlayan, BMT-nin yaradılmasın əsas təşəbbüskarlarından olan, Andrey Qromıkoyla müqayisə edib. Qromuko nüvə silahlarının yayılmaması, strateji silahların məhdudlaşdırılması, nüvə silahlarının sınaqlarını qadağan edən müqavilələr hazırlayıb . Onun  məhşur devizində deyilirdi: “Bir günlük müharibədənsə, 10 illik danışıqlar daha yaxşıdır”. Conson daha sonra qeyd edib ki, bu iki şəxsiyyət arasında paralellər aparmaq yersizdir.

Yeddi ilə əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri britaniyalı həmkarını kifayət qədər sərt qarşılayıb. Protokola uyğun olaraq salamlaşma və əl sıxma zamanı Lavrov həmkarını sancmağa macal da tapıb. Lavrov Consona gey deyə müraciət edib. Consonun cavabı isə çox qısa olub: “Mən  Gey deyiləm”. Consonun fikrincə, ikitərəfli görüş “banal” idi, lakin nahar darıxdırıcı keçdi.  Lavrovun britaniyalı naziri sobanın lap yanındakı stolda əyləşdirib. Consona  elə gəlib ki, soba qəsdən qızdırılıb: “Gur alovla yanan sobanın istisindən az qala ürəyim dayanacaqdı. İçəri o qədər isti idi ki, sifətimdən axan təri saxlaya bilmirdim. Bir anlığa gözüm Lavrovun bic-bic baxan gözlərinə sataşdı.  Sanki qarşımda sinif yoldaşına əzab verən tərbiyəsiz uşaq dayanmışdı”.  Bundan sonra  Conson Rusiyanın kəskin  dəyişdiyini anlayıb: “Mən Rusiyanın 20 il əvvəlki ölkədən tamamilə fərqli bir diyara çevrilməsi qənaətində idim”.

Yeri gəlmişkən, həmin görüşdən sonra Lavrov  ölkələr arasında münasibətlərin çox aşağı səviyyədə  olduğunu bildirmişdi: “Düzünü desəm, Rusiyanın Böyük Britaniyaya qarşı aqressiv olacaq hər hansı hərəkətini xatırlamıram. Biz Londonu heç nəyə görə günahlandırmadıq. Əksinə, ingilislər bizi Suriyadakı cinayətkar rejimi dəstəklədiyimiz, təcavüzkar, işğalçıyıq, başqalarının ərazilərini ilhaq etdiyimiz barədə bizə qarşı kifayət qədər təhqiramiz ifadələr işlətdilər”, – deyə  Lavrov həmin vaxt  mətbuat konfransında bildirmişdi. Yumor hissi ilə tanınan Lavrov daha sonra zarafatla demişdi: “Mən Borisə o qədər güvənirəm ki, onu hətta  Borya da adlandırmağa hazıram”.

KONKRET.az-ın  məlumatına görə, Boris Conson 1964-cü ildə Nyu-Yorkda  anadan olub. Jurnalist işləyib. 2001-ci ildə Britaniya İcmalar Palatasına seçilib. 2008-ci ildə Londonda mer seçkilərində qalib gəlib. 2016-2018-ci illərdə Böyük Britaniyanın  xarici işlər naziri vəzifəsində işləyib. Bir il sonra o, Mühafizəkarlar Partiyasına rəhbərlik edib və 2019-2022-ci illərdə Böyük Britaniyanın Baş naziri olub.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*