Şirinyan: “Ruslar erməni xalqına pislik edib”backend

Şirinyan: "Ruslar erməni xalqına pislik edib”

Nikol Paşinyan hökumətinin müxtəlif nümayəndələri anti-Rusiya əhval-ruhiyyəsinin elə dalğasına səbəb olublar ki, dünən vətəndaşlardan biri Rusiya bayrağını ləkələyib”.

KONKRET.az xəbər verir ki, “Joqovurd” qəzeti Rusiya bayrağının atributlarını ləkələyən Samvel Şirinyanın hüquq-mühafizə orqanlarına nə dediyini öyrənib. Nəşrin əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ondan niyə belə addım atdığını və xuliqanlıq etdiyini soruşduqda, 46 yaşlı Şirinyan rusların erməni xalqına pislik etdiyini deyib:

“Qarabağda “erməni soyqırımı” tanınmırsa, deməli müharibə illərində Leninqradda heç bir qırğın olmayıb”.

Məlum olduğu kimi, Ermənistandakı Rus Evinin rəhbəri Vadim Fefilov İrəvanda Leninqradın mühasirəsi zamanı həlak olan uşaqların xatirəsinə ucaldılmış abidəyə qarşı hörmətsizliklə bağlı insidentlə bağlı Ermənistanın baş prokuroruna müraciət edib. “Beynəlxalq nifrətin qızışdırılması və İkinci Dünya Müharibəsi hadisələri əsasında zorakılığa çağırışlar qəbuledilməzdir. Baş verənlərə görə bu hərəkəti edənlər məsuliyyətə cəlb edilməlidir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*