Sirkə turşusu içib, özünə bıçaqla xəsarət yetirən mühafizəçi öldübackend

Sirkə turşusu içib, özünə bıçaqla xəsarət yetirən mühafizəçi öldü

Goranboyda sirkə turşusu içib, sonra isə özünə bıçaqla xəsarət yetirən şəxs Bakıda xəstəxanaların birində dünyasını dəyişib.

42 yaşlı X. Xudiyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə aprel ayının 9-da Goranboyun Goran qəsəbəsi ərazində baş verib.

Belə ki, Kəlbəcər rayon sakini 1982-ci il təvəllüdlü X. Xudiyev xəstəxanaya yerləşdirilib. Müayinə zamanı məlum olub ki, 42 yaşlı kişi intihar məqsədilə sirkə turşusu içib və bıçaqla özünə müxtəlif xəsarətlər yetirib.

Məlumata görə X. Xudiyev borcu olduğu üçün intihara cəhd edib.

Onun Goran qəsəbəsində yerləşən mağazaların birinin mühafizəçisi olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*