Şirkət rəhbərinin Azərbaycandan çıxışına “stop” qoyuldubackend

Şirkət rəhbərinin Azərbaycandan çıxışına "stop" qoyuldu

“OKEAN-SV” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisinin ölkədən çıxışına “stop” qoyulub.

KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 119772,44 manat borcu yaranıb.

MMC rəhbərliyi göstərilən müddətdə borcu qaytarmadığı üçün idarə tərəfindən məhkəməyə müraciət edilib.

Məhkəmənin qərarı ilə qanuni təmsilçi Nuru Nurəliyev Əlidadaş oğlu olan “OKEAN-SV” MMC-nin direktorunun dövlət büdcəsinə borcu tam ödənilənədək ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*