Şirvanda 74 yaşlı kişi qətlə yetirildi – oğlu saxlanıldıbackend

Şirvanda 74 yaşlı kişi qətlə yetirildi - oğlu saxlanıldı

Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*