Şirvanda arvad ərini bellə döydübackend

Şirvanda arvad ərini bellə döydü

Şirvan şəhərində döyülmə hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*