Şirvan şəhərində yanğın olub.
FHN-dən KONKRET.az-a verilən məlumata görə, ümumi sahəsi 120 m² olan çörək bişirmə sexinin yanar konstruksiyaları 100 m² sahədə və içərisində 3 ədəd soba, 3 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.