Siyasi şərhçi Akop Bədəlyan Suriyada erməni qələbəsindən yazdıbackend

Siyasi şərhçi Akop Bədəlyan Suriyada erməni qələbəsindən yazdı

Taleyüklü qərar: Türkiyə getdi, Ermənistan qaldı

KONKRET.az xəbər verir ki, siyasi şərhçi Akop Bədəlyan Türkiyə-Rusiya razılşaması ilə bağlı yazı ilə çıxış edib.

Yazını ixtisarla təqdim edirik:

“Soçidə 6 saat davam edən Putinlə görüşdən sonra Türkiyə Suriyanın şimalındakı hərbi əməliyyatı davam etdirməyə ehtiyac görmədiyi üçün yekunlaşdırdı. Moskva və Ankara arasında razılıq əldə olunub ki, bu gün Suriya ordusu və Rusiya hərbi polisi Türkiyənin əməliyyat bölgəsinə daxil olacaq. Onlar kürdlərin özünümüdafiə qüvvələrini 30 kilometrlik zonadan kənarlaşdırmağa kömək edəcəklər.

Kürd qüvvələri çıxarıldıqdan sonra Qamışlı şəhəri istisna olmaqla, sərhədin qərb və şərqində ortaq bir Rusiya-Türkiyə nəzarəti başlayacaq.

ABŞ Prezidenti Donald Tramp Suriyanın şimalından yaxşı bir xəbər eşitdiyini bildirib, kürdlər ABŞ vitse-prezidenti Pensin bölgəyə səfəri zamanı əldə edilən razılaşmaları yerinə yetirəcəklərini və Türkiyə ilə sərhəd bölgələrini tərk edəcəklərini söyləyiblər.

Beləliklə, türklərin Suriyanın şimalındakı əməliyyatı yekunlaşmış hesab etmək olar, və bu əməliyyata nöqtə ABŞ-Türkiyə-Rusiya razılaşması ilə qoyuldu. Hələlik İranın hadisəyə münasibəti aydın deyil, hərçənd hücumların dayandırılması Tehranı da qane etməlidir.

Status-kvo əslində müttəfiqsiz qalan kürdlərin hesabına formalaşdı. Səbəb aydındır – kürdlər status-kvonu formalaşdırmaq üçün addım atmırlar, yüksək geosiyasi qiymət almaq üçün sövdələşməyə çalışırlar. Ancaq sonda özləri çox əziyyət çəkməli oldular.

Əlbəttə, Ermənistanın Suriyada dövlət şəklində iştirakı geniş regional kontekstdə beynəlxalq hərbi-siyasi təhlükəsizlik baxımından Ermənistanın roluna daha çox əhəmiyyət verir. Maraqlıdır ki, Türkiyənin Suriyaya hücumunu qınayan İrəvan Suriyadakı humanitar missiyanı davam etdirəcəyini söylədi.

Ermənistan öz rolunu saxlayaraq Suriyada qaldı. Türkiyə hətta hərbi əməliyyatın köməyi ilə onu bu roldan və geosiyasi subyektivlik mənbəyindən məhrum etməyə müvəffəq ola bilmədi.

Ankara kürd problemini operativ rejimdə həll etdi. Lakin strateji rejimdə erməni məsələsində heç bir iş görə bilmədi. Maraqlıdır ki, dünya mətbuatının yazdığına görə, ABŞ prezidenti Tramp erməni məsələsini Türkiyə ilə sövdələşmədə istifadədə imtina etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*