“Sizi əmin edirəm ki, ermənilər elə bunu istəyir, kömək-zad bəhanədir”backend

"Sizi əmin edirəm ki, ermənilər elə bunu istəyir, kömək-zad bəhanədir"

“Qərbin Cənubi Qafqazda öz şərtlərini diqtə etmək istəyi region dövlətlərinin marağına uyğun deyil. Onların Rusiyanı sıxışdırmaq cəhdi və Ermənistan üzrərindən İrana nəzarət etmək arzusu reallaşarsa, bölgədə onsuz da gərgin olan siyasi vəziyyət bir qədər də sərtləşəcək. Qərbin nəyin bahasına olursa-olsun Cənubi Qafqaza daxil olması da məhz qeyd etdiyimiz amillərlə bağlıdır”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib.

– Aleksandr Anatolyeviç, sizcə, ABŞ-ın bölgəmizdəki fəallığının səbəbi nədir?

– Amerika Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır. Bu, amerikalıların yeganə məqsədidir.

– Bunun üçün Ermənistandan istifadə edirlər?

– Bəli, bu baxımdan mən Ermənistanın son kapitulyasiyasını görürəm. Bu, Ermənistanın KTMT-dən və Rusiya hərbi bazasının Gümrüdən çıxması ilə tamamilə başa çatmalıdır. Baxmayaraq ki, İrəvan hələlik bunu inkar edir. Bütün bunlardan sonra Ermənistana maraq itəcək. Onda da Türkiyə Ermənistanın taleyini həll edəcək.

– Yəni rusların oradan çıxarılmasından sonra Amerika hərbi bazalarının Ermənistanda yerləşdirilməsi ehtimalını qəbul etmirsiniz?

– Bildiyiniz kimi, Cənubi Qafqazda Gürcüstandan çox amerikapərəst ölkə yoxdur. Buna baxmayaraq, amerikalılar Gürcüstana daxil ola bilmədilər. Deməli, onlar Ermənistana da daxil olmayacaqlar. Onların indiki vəziyyətdə kifayət qədər resursları yoxdur.

– Ermənistan KTMT-nin köməyinə ümid etmədiyini bildirdi. Bu, həm də hərbi blokdan çıxmağa hazırlığın işarəsi kimi qəbul edilə bilərmi?

– Sizi əmin edirəm ki, ermənilər elə bunu istəyir, kömək-zad bəhanədir.

– Doğrudanmı Rusiya Ermənistanı sakitcə buraxacaq?

– Düşünürəm ki, Ermənistan həqiqətən də getmək istəyirsə, ona yollar göstəriləcək ki, getsin. Ardını isə zaman göstərəcək.

– Ermənistan tərəfi indi müxtəlif səviyyələrdə “Dünyanın kəsişməsi” adlanan layihəni təşviq etməyə çalışır və bunu Aİ də bəyənir. Bu təşəbbüsü necə qiymətləndirirsiniz?

– Sadə dillə desək, bütün bunlar demaqogiyadır və özlüyündə heç nəyi ifadə etmir. Lakin çoxları üçün cəlbedici görünür.

– Paşinyanın Azərbaycandan Ermənistana təhlükə gözlənməsi ilə bağlı təxribatçı bəyanatları nəyə hesablanlb?

– Paşinyan, görünür, bazarlıq etmək, bacardığı qədər üstünlük əldə etmək istəyir. Baxmayaraq ki, onun daha nəyə ümid etdiyini bilmirəm.

– Tutaq ki, Rusiya regiondan getdi. Bundan sonra ABŞ Ermənistana nə verə bilər və ermənilərin gözləntiləri nədir?

– Çox güman ki, Ermənistan ciddi qəbul edilməyəcək.

– Əvvəllər Bakı ilə İrəvan arasında sülh müqaviləsi bağlanmasının labüdlüyünü qeyd etdirdiniz. Bu gün də eyni fikirdəsiniz?

– Buna heç bir şübhə yoxdur.

– Müşahidələrinizə görə, yaxın perspektivdə Cənubi Qafqazda hansı proseslər baş verəcək?

– Ermənistan, nəhayət, sülh müqaviləsi imzalamaqla öz təslimiyyətini təsdiqləyəcək. Mən sizin regionda başqa xüsusi hadisə görmürəm.

Vəli Həsənov,

KONKRET.az

Mənbə: Caliber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*