Slovakiya – Azərbaycan oyununun hakimləri bəlli oldubackend

Slovakiya - Azərbaycan oyununun hakimləri bəlli oldu

Trnavada Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Uilyam Kollama Devid Makgiçi və Frensis Konnor laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Doland Robertson yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 22-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*