Slovakiya rus diplomatı ölkədən qovurbackend

Slovakiya rus diplomatı ölkədən qovur

Slovakiya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşının ölkədən çıxarıldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, diplomatın qovulmasına səbəb Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır. İşçinin adı və onun davranışının təfərrüatları məlum deyil.

Qeyd olunur ki, səfirin pozuntuları “Slovakiya Respublikasının səlahiyyətli orqanları tərəfindən diqqətlə sənədləşdirilib”. O, 48 saat ərzində ölkəni tərk etməlidir. Rusiya Xarici İşlər Nazirliyi diplomatın ölkədən çıxarılmasına cavab verəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*