Slovakiyanın Baş naziri Azərbaycana gəldi – YENİLƏNİBbackend

Slovakiyanın Baş naziri Azərbaycana gəldi - YENİLƏNİB

Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

KONKRET.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıb.

17:21

Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir.

KONKRET.az xəbər verir ki, Baş nazir Robert Fiko artıq Bakıya yola düşüb.

Bildirilib ki, Baş nazir ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə etmək üçün mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“Görüşdə Azərbaycan qazının Slovakiyaya idxalı variantları da müzakirə olunacaq.

Slovakiya Baş naziri və Azərbaycan Prezidenti Slovakiya Respublikası ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaqlar”, – Slovakiyanın hökumət kabinetinin mətbuat departamenti bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*