SOCAR-ın yanacaq dolu daha bir maşını Ağdamdan Xankəndiyə yola düşüb.
KONKRET.az xəbər verir ki, anacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə Qarabağın erməni sakinlərinə çatdırılacaq.
Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtgü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, SOCAR-ın maşınları ilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə artıq bir neçə dəfə yanacaq göndərilib.
APA