Soçidə nələr olacaq? – Sergey Markovdan Laçın dəhlizi və digər məsələlərlə bağlı MÜHÜM PROQNOZbackend

Soçidə nələr olacaq? - Sergey Markovdan Laçın dəhlizi və digər məsələlərlə bağlı MÜHÜM PROQNOZ

Soçidə, Putinin iqamətgahında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü başlayır.

KONKRET.az xəbər verir ki, görüşdən öncə rusiyalı politoloq və jurnalist Sergey Markov öz proqnozlarını səsləndirib.

Görüşdə nələr olacaq?

1. 9-10 noyabr 2020-ci il tarixli Atəşkəs Müqaviləsi üzrə öhdəlik bir daha təsdiqlənəcək. Bu, ümumilikdə vacibdir və nəzərə alsaq ki, Ermənistanda bu sazişin ləğvi əhval-ruhiyyəsi artır, o zaman təsdiq olunma ehtimalı 100 faizə yaxındır.

2. Sərhədin demarkasiyası və delimitasiyası haqqında işçi qrupu yaradılacaq. Ehtimal 90 faizə yaxındır. Xəritə kimi Rusiya ordusunun Baş Qərargahının Azərbaycan SSR ilə, Ermənistan SSR arasındakı sərhəd xəritələrindən istifadə olunacaq.

3. Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı ən çətin sual: Qarabağ və Ermənistan arasında Laçın dəhlizi fəaliyyət göstərir. Amma Azərbaycan öz gömrükçülərinin orada olmasını istəyir. Son həftələr intensiv danışıqlar gedir. Hər hansı bir nəticənin olub-olmayacağı hələ dəqiq deyil. İclasda çox şeyə qərar veriləcək.

4. Azərbaycanda əsirlikdə olan erməni hərbçiləri (diversantlar). Azərbaycan təkid edir ki, yalnız 10 noyabr sülh müqaviləsindən sonra silahlı təxribat törədərək əsir düşənləri geri verməsin. Görüşdən əvvəl Azərbaycan iki əsiri Ermənistana təhvil verib. Belə ki, Paşinyan üçün əsas problem olan hərbi əsirlər məsələsində Nikol evə əliboş dönməyəcək. Bu, Əliyevin Paşinyana hədiyyəsi kimi qiymətləndirilir.

Sergey Markov: "Paşinyan və dostları Rusiyadan daha nə istəyirdilər?"

5. Bəzi humanitar aksiyalar elan olunacaq.

6. Ermənistanla Türkiyə arasında münasibətlərin bərpası ehtimalı görünür.

7. Üfüqdə həmçinin dekabrın 15-də Brüsseldə Aİ-nin anti-Rusiya Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Paşinyan və Əliyev arasında görüş gözlənilir. Putin istəyir ki, Soçidə Rusiya üçün vacib olan hər şey həll olunsun və Brüssel görüşündə yalnız Putinlə imzalanan müqavilələri zamin kimi təsdiqləsinlər.

8. Putin üçün bu, mühüm görüşdür. Çünki Putin Azərbaycan və Ermənistan arasında müharibənin bitməsini Rusiyanın 2020-ci ildəki ən mühüm siyasi uğuru hesab edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*