Ermənistan İstintaq Komitəsi bu gün ARF “Daşnaksütyun” partiyasının üzvlərinə qarşı keçirilən axtarış və saxlanmalarla bağlı rəsmi açıqlama yayıb.
KONKRET.az xəbər verir ki, aparılan istintaq tədbirləri nəticəsində 7 nəfər saxlanılıb. Onlara qarşı terror aktına hazırlıq və qanunsuz odlu silah, döyüş sursatı saxlama maddələri üzrə cinayət işi açılıb.
Qurumun məlumatına görə, saxlanılan şəxslərdən biri barəsində “terror aktına hazırlıq” maddəsi ilə xüsusi cinayət təqibi başladılıb. Axtarış zamanı elektrik detonatoru, onun komponentləri, döyüş qumbarası, qumbara üçün alışqan, barıt, radioəlaqə vasitələri və digər əşyalar aşkarlanıb.
Müşviq Tofiqoğlu
KONKRET.az