ŞOK! Qaçırılan qızın atası namus üstündə qətliam törətdi – İKİ ÖLÜbackend

ŞOK! Qaçırılan qızın atası namus üstündə qətliam törətdi – İKİ ÖLÜ

Türkiyənin Kastamonu vilayətinin Taşköprü rayonuna bağlı Donalar kəndində dəhşətli bir cinayət hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, 33 yaşlı Sinan Abak və onun 31 yaşlı həyat yoldaşı Kadriye Abak, tarladan traktorla evlərinə qayıdarkən daha əvvəl aralarında ədavət olan 64 yaşlı Necati A. tərəfindən silahlı hücuma məruz qalıblar. Cütlük traktor üzərindəcə güllələnərək hadisə yerində həyatını itirib.
Karı-kocaya traktör üzerinde kanlı infaz

İlkin məlumatlara görə, bu qanlı hadisənin səbəbi bir müddət əvvəl Sinan Abakın Necati A.-nın qızını qaçırması olub. Bu səbəbdən iki ailə arasında uzunmüddətli düşmənçilik yaranıb. Məlumata görə, tərəflər arasında məhkəmə tərəfindən qoruma tədbirləri də tətbiq olunubmuş.

Karı-kocaya traktör üzerinde kanlı infaz

Hadisə yerinə dərhal jandarma qüvvələri cəlb edilib, kəndin giriş-çıxışları bağlanaraq təhlükəsizlik tədbirləri görülüb. Cinayəti törətməkdə şübhəli bilinən Necati A.-nın tutulması üçün genişmiqyaslı axtarış aparılır.

Taşköprü Cumhuriyyət Prokuroru hadisə yerinə gələrək araşdırmalara rəhbərlik edib. Sinan və Kadriye Abakın cəsədləri ekspertiza üçün Taşköprü Dövlət Xəstəxanasının morquna aparılıb.

Bölgədə böyük həyəcan və narahatlıq yaradan bu hadisə ictimaiyyətdə dərin rezonans doğurub. “Namus üstündə” baş verən bu cür ailə faciələrinin qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsi tələb olunur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*