ŞOK! Zelenskiyə iki dəfə sui-qəsd cəhdi oldubackend

ŞOK! Zelenskiyə iki dəfə sui-qəsd cəhdi oldu

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rəhbəri Vasıl Malük Prezident Volodimir Zelenskiyə qarşı iki ayrı sui-qəsd cəhdi olduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, ilk cəhd Polşanın Jeşuv hava limanında, ikinci isə Kiyevdə Prezident Administrasiyasında planlaşdırılıb.

Malük bildirib ki, Jeşuvdakı planı sovet dövründə ələ alınmış keçmiş hərbçi həyata keçirmək istəyib. O, illərlə bu sui-qəsd niyyətini içində saxlayıb və xüsusi təlimatla hərəkət edib.

Kiyevdə isə plana Dövlət Mühafizə İdarəsinin bir polkovniki cəlb olunub. Sui-qəsd birbaşa hökumət kvartalında həyata keçirilməli imiş.

SBU rəhbəri əlavə edib ki, bu iş üzrə demək olar iki il davam edən araşdırma nəticəsində təkcə Zelenskiyə deyil, həmçinin Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və SBU rəhbəri Malük daxil olmaqla bir neçə yüksək vəzifəli şəxsə nəzarət edən geniş kəşfiyyat-əməliyyat qrupu ifşa edilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*