Solovyov: “Erməni xalqı ağrılı, alçaldıcı bir dövr yaşayır. Bu barədə danışmaq özü dəhşətdir”backend

Solovyov: "Erməni xalqı ağrılı, alçaldıcı bir dövr yaşayır. Bu barədə danışmaq özü dəhşətdir”

“Ermənistanda son günlər baş verənlər faciənin elə səviyyəsindədir ki, bu barədə danışmaq özü dəhşətdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Vladimir Solovyov özünün “Solovyov – LİFE” proqramında bildirib.

O qeyd edib ki, Ermənistandakı proseslər hərbi məğlubiyyətin nəticəsində siyasi kollapsa səbəb olub. “Hazırda orada Paşinyanın adamları anti-Rusiya isterikası yaradırlar ki, fantastik və biabırçı məğlubiyyətə görə Rusiya günahkardır. Ermənistan rəhbərliyi özü vaxtında hərbi-siyasi, strateji qərarlar qəbul edə bilmədiyi bir vaxtda Rusiyanı günahlandırması siyasi impotensiyadan başqa bir şey deyil. Müharibədə yalnız sən varsan – Ali Baş Komandan kimi. Sən necə cavab verdin məğlubiyyətinə? Heç nə! Erməni xalqı üçün alçaldıcı bir dövrdür. Buna baxmayaraq, adam kimi KTMT-yə müraciət edə bilmir. Müraciət etmir ki, Rusiya real yardım etsin. Nəyə görə? Ona görə ki, Bayden və ya Dövlət Departamenti hardasa deyib ki, ABŞ Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiya prosesinə kömək etməyə hazırdır. Buralarda olun, kömək edəcək”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

  • Alpaslan
    May 30, 2021 - 15:57

    Bu alçaq erməni xalqı 1991-1992- ci illərdə etdiyi soyqırımlarda niyə demirdiz ki Azərbaycan xalqı acınacaqlı dövr yaşayır.

  • GARACANTA
    İyun 2, 2021 - 22:09

    Konkret olaraq bu cındırın adını və sözlərini burda niyə yazırsınız?

GARACANTA üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*