“Ümid etmək olar ki, təbliğatçı həm qanun, həm də mənəviyyat baxımından layiq olduğunu alacaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri məşhur ukraynalı jurnalist Dmitri Qordon “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyov haqqında söyləyib.
O, İnstaqram səhifəsində Rusiya təbliğat maşınının qabaqcıl əlaltısının aparıcısı olduğu “Vladimir Solovyovla axşam” verilişinin video fraqmentini yerləşdirib.
“Bu dəfə Solovyov çıxışlarında o qədər də qızğın deyildi, həm də daha arıq və səliqəsiz görünürdü. Solovyovun üzünə diqqət yetirin, iki dəfə arıqlayıb. Onun haqqında nə düşünürsən?” – deyə Dmitri Qordon izləyicilərindən soruşub.
Посмотреть эту публикацию в Instagram
Günel Mikayılova,
KONKRET.az