Solovyovdan Azərbaycan və Türkiyəyə qarşı daha bir TƏXRİBAT Ərdoğana görün nə dedibackend

Solovyovdan Azərbaycan və Türkiyəyə qarşı daha bir TƏXRİBAT Ərdoğana görün nə dedi

Rusiya propaqandisti Vladimir Solovyov Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımamaqda davam edir.

KONKRET.az xəbər verir ki, o, Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərini sərt tənqid edib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “sultan” ləqəbini verib. Solovyovun bu açıqlamaları regional münasibətlərdə gərginlik yaratmaq niyyətini göstərir və bölgədə sülhə mənfi təsir edə bilər.

Qeyd edək ki, bundan əvvəl də Solovyov Azərbaycan və Türkiyə ilə bağlı təxribat xarakterli fikirlər səsləndirmiş, onların milli suverenliyini və ərazi bütövlüyünü sual altına almışdı.

Bu cür açıqlamalar Kremlin bir sıra məqsədlərinə xidmət etdiyi və regional sabitliyi pozmaq niyyəti daşıdığı barədə fikirlər mövcuddur.

Solovyovun bu cür sərt ritorikası Rusiya ilə qonşu ölkələr arasında münasibətlərin gərginləşməsinə səbəb olur və diplomatik arenada ciddi narahatlıq doğurur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*