Şoltsdan Orbana saymazlıqbackend

Şoltsdan Orbana saymazlıq

Almaniya kansleri Olaf Şolts Macarıstanın baş naziri Viktor Orbanı Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlamasıyla əlaqədar Avropa İttifaqı liderlərinin səsvermədə iştirak etdiyi otağı tərk edərək kofe içməyə dəvət edib.

KONKRET.az xəbər verir ki, bu barədə xəbərlər Macarıstan mətbuatında dərc edilib. Mənbənin məlumatına görə, Almaniya kansleri Orbanı razı sala bilməyincə, bir müddətlik binanı tərk etməyi təklif edib.

Şoltsun fikrincə, bu, 26 Avropa ölkəsinin liderlərinə Ukrayna ilə danışıqlara başlamaq lehinə qərar verməyə imkan verəcək və Macarıstan liderinin səsvermə zamanı binada olmadığını əsas gətirəcəkdi. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı müzakirələr dayandırıldıqdan təxminən üç saat sonra Şolts Orbana başqa yerdə qəhvə içməyi təklif edib. Macarıstan mətbuatı yazır ki, Şoltsun bicliyi Aİ liderlərinin təəccübünə səbəb olsa da, Orbanın ümumiyyətlə qəhvə içməyi xoşlamadığnı deməsi isə onların ümidlərinin üstündən xətt çəkib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*