Son 50 ildə təbii fəlakətdə ölənlərin SAYI – Dəhşətli STATİSTİKAbackend

Son 50 ildə təbii fəlakətdə ölənlərin SAYI - Dəhşətli STATİSTİKA

1970-ci ildən 2021-ci ilə qədər təbii fəlakətlər (hava və iqlimlə bağlı kataklizmlər) 2 milyon insanın ölümünə səbəb olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu müddət ərzində 11,7 min təbii fəlakət baş verib ki, bu da 4,3 trilyon dollar məbləğində ziyan vurub.

Eyni zamanda, hər on ildən bir təbii fəlakətlər nəticəsində orta illik ölüm nisbəti azalır, lakin iqtisadi itkilər artır.

Bildirilib ki, təbii fəlakətlər nəticəsində ölənlərin əksəriyyəti Asiyanın (47%) payına düşür.

Belə ki, 2008-ci ildə Narnis siklonu 138 min insanın həyatına son qoyub.

BMT-nin məlumatına görə, təbii fəlakətlər nəticəsində qeydə alınan ölüm hallarının 90%-dən çoxu inkişaf etməkdə olan ölkələrdə baş verib.

Eyni zamanda, fəlakətlər nəticəsində iqtisadi itkilərin 60%-i inkişaf etmiş ölkələrdə qeydə alınıb. Təkcə ABŞ-da təbii fəlakətlər 1,7 trilyon dollar ziyan vurub ki, bu da son 51 ildə qlobal iqtisadi itkilərin 39%-ni təşkil edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*