ABŞ-ın Missisipi ştatı qondarma “erməni soyqırımı”nı tanıyan sayca 50-ci və sonuncu ştat olub.
KONKRET.az xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi məlumat yayıb.
Komitə qondarma “erməni soyqırımı”nı tanıdığına görə dövlət orqanlarına minnətdarlığını bildirib.
Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatası qondarma “soyqırımı” tanıyan və pisləyən qətnamələr qəbul edib. ABŞ prezidenti Co Bayden iki il ardıcıl olaraq “soyqırım” ifadəsini işlədib.
Osmanlı İmperiyasının varisi olan Türkiyə isə bunu qondarma və saxta erməni iddiası adlandırır və bütün ittihamları rədd edir.
Müşviq Tofiqoğlu,
KONKRET.az