ABŞ Yaxın Şərqə hərbi qüvvələrin göndərilməsini sürətləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə The Jerusalem Post nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Xark adası üzərində nəzarəti ələ keçirmək üçün mümkün hərbi əməliyyatı nəzərdən keçirir. Bildirilir ki, ABŞ rəsmilərini son günlərdə İsrail və digər ölkələrdəki tərəfdaşlarına, vəziyyətin gərginləşəcəyi təqdirdə quru əməliyyatının qaçılmaz ola biləcəyini çatdırıblar.
Nəşrin yazdığına görə, ABŞ artıq minlərlə dəniz piyadası və Hərbi Dəniz Qüvvələri şəxsi heyətinin regiona göndərilməsini sürətləndirir.
Daha əvvəl Axios portalı da xəbər vermişdi ki, Vaşinqton Xark adasının ələ keçirilməsi və ya blokadaya alınması variantlarını müzakirə edir. Məqsəd isə İranı strateji əhəmiyyət daşıyan Hörmüz boğazı üzərindən nəqliyyatı “açmağa” məcbur etməkdir.
Qeyd edək ki, Xark adası İranın neft ixracının əsas mərkəzlərindən biri hesab olunur və burada mümkün hərbi əməliyyat regionda gərginliyi daha da artıra bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
