ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət tarifləri məsələsində razılığa gəldiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social media hesabında məlumat verib.
Onun sözlərinə görə, razılaşmaya əsasən, ABŞ Çindən idxal olunan məhsullara 55 faiz, Çin isə ABŞ məhsullarına 10 faiz rüsum tətbiq edəcək. Tramp qeyd edib ki, razılaşma hələlik ilkin mərhələdədir və yekun təsdiq üçün həm onun, həm də Çin Prezidenti Si Tsinpinin razılığına ehtiyac var.
Ticarət razılaşması uzun müddətdir davam edən ABŞ-Çin iqtisadi gərginliyinin yumşaldılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az