Abxaz muzdluları noyabrın 6-da Ermənistana gəliblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Məlumatda deyilir ki, ilk qrup 20 nəfərdən ibarətdir. Ehtiyac yaranacağı təqdirdə növbəti qrupların göndəriləcəyi də söylənilir. Abxaz muzdlularının dəstəsinə “Hamşen” adı verilib. Muzdluların Soçi hava limanında çəkilmiş fotoları Facebook-da Abxaziya Prezidentinin köməkçisi Axra Avidzba tərəfindən yerləşdirilib.
Surxay Atakişiyev,
KONKRET
Maraqlıdır onlar Qarabağa hansı yolla gedəcəklər?