Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərminə Ağayevanın avtomobilindən oğurluq edilib.
KONKRET.az–ın əldə etdiyi məlumata görə, hadisə Bakının Suraxanı rayonu Zığ qəsəbəsində baş verib.
Belə ki, oğurluğu törədən şəxs və ya şəxslər avtomobilin yan şüşəsini qıraraq içəridə olan pul və qiymətli əşyaları götürüblər.
Hadisə barədə artıq polisə məlumat verilib, araşdırma aparılır.
Müşviq Tofiqoğlu,
KONKRET.az