SON DƏQİQƏ! Bakıda polislər bıçaqlandıbackend

SON DƏQİQƏ! Bakıda polislər bıçaqlandı

Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.

KONKRET.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları – 1991-ci il təvəllüdlü Rəcəbov Yavər Mərdan oğlu və 1985-ci il təvəllüdlü Yolçuyev Xəzər Şakir oğluna bıçaq xəsarətləri yetirib. Bundan başqa, o, öz qohumu, 1966-cı il təvəllüdlü Ağayev Vidadi Hüseynağa oğluna da bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*