Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlüyünün başlanması ilə bağlı layihəni təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Erməmnistan mətbuatı məlumat yayıb.
Ermənistan parlamenti birinci oxunuşda “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini qəbul edib. 63 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.
Müxalifətin “Hayastan” fraksiyası səsvermədə iştirak etməyəcəyini açıqlayıb, ikinci ən böyük müxalifət fraksiyası olan “Mənim şərəfim var” bloku isə qanunun əleyhinə səs verib.
Müxalifət prosesi fars adlandırıb və səsvermədə iştirak etməyəcəyini bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az