SON DƏQİQƏ: Ev tikdirərkən mütləq bunları edin, əks halda əmlakınızı itirəcəksizbackend

SON DƏQİQƏ: Ev tikdirərkən mütləq bunları edin, əks halda əmlakınızı itirəcəksiz

Son illər Azərbaycanda fərdi yaşayış evlərinin tikintisinə marağın artması ilə yanaşı, sifarişçi ilə usta arasında hüquqi münasibətlərin necə tənzimlənməsi məsələsi də aktuallaşıb. Bəs həqiqətənmi fərdi ev tikintisində yazılı müqavilə zəruridir və belə sənəd olmadıqda ev sahibini hansı hüquqi risklər gözləyə bilər? 

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov qeyd edib ki, qanunvericiliyə əsasən görülən işlər üzrə müqavilə bağlanması tərəflərin hüquqlarının qorunması məqsədi daşıyır.

Elnur Azadov: “Təəssüf ki, Azərbaycan xaricə daşınmaz əmlak yatırımı  sahəsində çox geridə qalır”

“Hər hansı şəxs tikinti və ya xidmət fəaliyyəti göstərərək gəlir əldə edirsə, bu fəaliyyət hüquqi münasibət hesab olunur və həmin gəlir üzrə vergi öhdəliyi yaranır.

Usta fəaliyyəti də istisna deyil. İşin həcmi böyükdürsə, dəyəri yüksəkdirsə, müqavilənin olması mütləqdir. Bu həm sifarişçini, həm də icraçını gələcək mübahisələrdən qoruyur.”

Onun sözlərinə görə, yalnız xırda və az məbləğli təmir işlərində müqavilə bağlanmaması praktikada mümkün hesab olunur.

“Lakin fərdi ev tikintisi kimi genişmiqyaslı layihələrdə yazılı müqavilə vacib sayılır.

Müqaviləyə tikintinin təsdiqlənmiş layihəsi, görüləcək işlərin siyahısı, tərəflərin öhdəlikləri və məsuliyyət bölgüsü mütləq əlavə edilməlidir. Bundan başqa, ödənişlərin nağd şəkildə deyil, bank vasitəsilə və mərhələli qaydada həyata keçirilməsi tövsiyə olunur”.

Ekspert vurğulayıb ki, müqavilə olmadıqda ev sahibi aşağıdakı risklərlə üzləşə bilər:

  • keyfiyyətsiz işə görə hüquqi iddia qaldırmaqda çətinlik,
  • tikinti müddətinin uzadılması zamanı məsul şəxsin müəyyən edilməməsi,
  • əlavə maliyyə tələbləri və mübahisələr,
  • vergi və sənədləşmə problemləri.

Mütəxəssisin fikrincə, fərdi ev tikintisində ilkin mərhələdən hüquqi sənədləşmənin düzgün aparılması sonradan yarana biləcək mübahisələrin qarşısını almağın ən effektiv yoludur.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*