SON DƏQİQƏ: İlham İsmayıl saxlanıldıbackend

SON DƏQİQƏ: İlham İsmayıl saxlanıldı

 Ekspert İlham İsmayıl saxlanılıb.

KONKRET.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, ekspert dələduzluqda ittiham edilir.

Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” imiş.

İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.

Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*