SON DƏQİQƏ: Moskvada növbəti terror təhlükəsi!backend

SON DƏQİQƏ: Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir”, – agentliyə məlumat verilib.

Qeyd olunub ki, yaxınlıqdakı ərazi də yoxlanılır və təhlükə barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*